Bazar, 14.12.2025, 02:09
Приветствую Вас, Гость
Ana Səhifə » 2012 » Dekabr » 29 » StreSS
12:35
StreSS
StreSS

Stress- həm psixi, həm də fiziki olaraq gərginlik vəziyyətidir. Stress fransız dilində «destress» sözündən əmələ gəlib və hərfi mənası «sıxışdırılmış», «məhdudlaşırılmış vəziyyətdə olmaq» deməkdir.
StreSS
Stressin iki növü var:
Müsbət stress- nigaha daxil olma, şəxsi uğur, körpənin dünyaya gəlməsi, imtahanların müvəffətqiyyətlə verilməsi və s. Müsbət stress unstress adlanır
Mənfi stress- kiminsə itirilməsi, gərgin iş rejimi, insanın həyatında baş vermiş gözlənilməz hadisələr və s. Mənfi stress distress adlanır.

StreSS

Psixoloqlar bundan başqa xroniki və kəskin stressidə ayırırlar.
Kəskin stress bir anda yaranan stresdir. Məsələn: zəlzələ olsa, hansısa pis bir hadıse baş verse o anda yaranan stress hesab olunur
Xroniki stress isə hər gün davamlı olaraq yaşanan stressdir. Məsələn: gərgin işdən, dərslərin çoxluğunda yaranan stress

StreSS

Stressin evdə terapiyası .
Idmanla, yoqayla məşğul olmaq, hörgü hörmək, kitab oxumaq, Ev heyvanları ilə oynamaq, onları izləmək
Musiqi dinləmək, rəqs etmək,Təbiət mənzərəsi izləmək və ya təbiət qoynunda istirahət etmək stressin yox olmasına yardımçı ola biləcək ən əla metodlarıdır

StreSS

Gündəlik həyatımızda stressden qaçınmaq üçün tövsiyyələr
Qavrama və gözləmələri dəyişmək
Məqsədləri vacibliyinə görə sıralamaq
Sərhədləri müyyənləşdirmək
Tapşırıqları idarə olunan hissələrə görə paylaşdırmaq
Fasilə və istirahət
Dostlara və qohumlara «YOX» deməyi bacarmaq
Gündəlik tutmaq
Ləngimədən uzaqlaşmaq
Uyğunlaşma bacarığının mənimsənilməsi
Mənfi hadisələr haqqında danışmamaq
Maraqlı məşğuliyyətlər tapmaq
Şəxsi dəyər və prinsipləri dəyişməmək

StreSS


unutmayın!  NƏ Kİ, BİZİ ÖLDÜRMÜR- ONLAR BİZİ GÜCLƏNDİRİR (F.Nitşe)
Kateqoriya: Maraqlı | Views: 404 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP