08:34 Yaradıcılığında daha bir yenilik var | |
![]() Azərbaycan müğənnisi Zarina Məmmədovanın yaradıcılığında daha bir yenilik var. Bir neçə vaxt öncə onun "Sevmə ürək” adlı mahnısının remiks versiyasının hazırlanması haqda xəbər vermişdik. Mahnının yeni versiyası artıq internet istifadəçilərinin ixtiyarına buraxılıb. Musiqisi Pərviz Mahmudova sözləri Aygün İsmayılovaya məxsus mahnının həzin versiyası kimi remiks variantının da üzərində musiqiçi Hakan Erol çalışıb. Zarina mahnının 2013-cü ildə daha çox seviləcəyinə inanır: "Mahnı repertuarımda lirik mahnıların sırasında möhürünü vurub. Mahnının yeni aranejmanda səslənməsi maraqlı olar. Çünki hiss edirəm ki, gənlərin bu mahnıya xüsusi simpatiyası var”. Onu da qeyd edək ki, mahnının lirik versiyasına çəkilən klipin rejissoru Elnaz Əbluc idi. Xatırladaq ki, Zarina növbəti klipinin də çəkilişlərinə başlayıb. Yaxın vaxtlarda bu haqda genish məlumat verəcəyik | |
|
| |
| Şərhlər: 0 | |
