
Milli.Az AzərTAC-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur. Gecə və səhər duman, axşam yağıntılı olacağı, sulu qar, gecəyə doğru yarımadanın bəzi yerlərində qara keçəcəyi gözlənilir.Temperatur gecə 0-2 dərəcə isti, günün birinci yarısında 5-7, axşama doğru 2 dərəcəyə yaxın isti olacaq.
...
Daha ətraflı »
|

Bu gün reklamlarda, jurnallarda, saytlarda verilən fotoların əksəriyyəti "photoshop" proqramı ilə işlənilir. Reallıqdan uzaq olan xarici görünüş isə bir çox insanlarda psixoloji problemlər yaradır. İnsanlar şəkillərdəki gözəl və xoşbəxt insanlara bənzəmək istəyir. Gerçəklikdə isə buna nail ola bilmədikləri üçün üzülürlər.Günü-gündən öz görünüşlərindən narazı olan qadınların sayı artır. Reklam olunan süni gözəlliyin təsirindən qadınlar süni saçlara, dodaqlara, bədənə sahib olmaq üçün can atırlar.
...
Daha ətraflı »
|

20:48Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Azadlıq meydanında tikilən yeraltı avtomobil dayanacağında inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
...
Daha ətraflı »
|

- 2012-ci ilin yekunlarını necə qiymətləndirirsiniz?- Yola saldığımız 2012-ci il mühüm sosial-iqtisadi inkişafla, beynəlxalq aləmdə Azərbaycanın uğurları ilə, dövlət orqanlarında bir sıra əhəmiyyətli islahatlarla, institusional dəyişikliklərlə, yeni texnologiyaların və innovasiyaların tətbiqi ilə yadda qaldı. Burada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərinin yaradılması və fəaliyyətinin təş
...
Daha ətraflı »
|

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də gündüz ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi, dekabrın 31-i axşam, yanvarın 01-nə keçən gecə və yanvarın 01-də gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
...
Daha ətraflı »
|

18:14AzərTAc xəbər verir ki, dekabrın 29-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli "ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.Azərbaycan Respublikasının Prezidenti
...
Daha ətraflı »
|
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən şənbə günü verilən məlumata görə, kollegiya iclasında çıxış edən nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib ki, son 10 il ərzində ölüm göstəricisi dinamik olaraq azalıb, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlib. Bu göstəricilərə görə Azərbaycan Avropa ölkələri sırasında öndə gedir.
Şöbə müdiri bildirib ki, 2003-cü illə müqayisədə səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 11 dəfə artıb. Bu artım əsasında 500-dək tibb müəssisəsi yaradılaraq və ya yeniləşdirilərək əhalinin istifadəsinə verilib. Stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi 60-dan 166-ya çatdırılıb.
...
Daha ətraflı »
|
 O, amnistiya barədə qanuna dövlət başçsının vetosunu nəzərə almayan Gürcüstan parlamentinin hərəkətlərindən heyrətini ifadə edib: "Bu, Gürcüstan parlamentarizmi üçün rüsvayçılıq günü olacaq. Mən qanuna vetonu cəmiyyəti ağır nəticələrdən qorumaq üçün qoymuşdum. Mən uşaq qatillərinin, Rusiya casuslarının, dövlət çevrilişləri və hərbi qiyamların təşkilatçılarının azadlığa çıxzmağını istəmirdim. Parlament prezidentin vetosunu nəzərə almamaqla dövlətçilik əleyhinə akta görə məsuliyyəti üzərinə götürdü”. O, uşaqbazların, narkotik alverçilərinin, talançıların azadlığa çıxmasından sonra yaranacan qorxunc mənzərəni də təsvir edib. Mixail Saakaşili Rusiya casuslarının azadlığa buraxılmasının nəticələrini xüsusi vurğulayıb: "Pa
...
Daha ətraflı »
|
Məlumata görə, 2007-ci ildə sui-qəsd zamanı həyatını itirmiş Pakistanın sabiq baş naziri Bənazir Bhuttonun oğlu siyasətə gəlir. Bu barədə ictimaiyyətə anasının vəfatı ilə əlaqədar keçirilən mitinqdə Biləvəl Bhutto Zərdari məlumat verib. 24 yaşlı gənc 200 min pakistanlının iştirak etdiyi mitinqində bildirib ki, anası Bhuttonun siyasi kursunu davam etdirəcək.
Qeyd edək ki, atası Pakistan prezidenti Asif Əli Zerdari olan Biləvəl Bhutto, ölkəsində demokratik mühit yaranana qədər mübarizə aparacağını söyləyib. Okford universitetinin məzunu olan Bənazir Bhuttonun oğlunun prezident seçkilərində iştirak edə bilməsi üçün 25 yaşının tamam olması gərəkdir. faktxeber
|
Azərbaycan Respublikası Prezidenti "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mər
...
Daha ətraflı »
|
|